Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mənəvi sərvətimiz  -Fikrət Əmirov” başlığı altında musiqi saatı keçirilib

27.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı kitabxana filialı 27. 04. 2022-ci il tarixdə Xalq artisti', bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə əlaqədar "Mənəvi sərvətimiz  -Fikrət Əmirov" başlığı altında musiqi saatı keçirdi. Tədbiri acan filialın böyük kitabxanaçı  Nahidə Əliyeva qeyd etdi ki , Prezident  İlham Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar  Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama  əsasən  unudulmaz sənətkara həsr olunmuş bir- birindən maraqlı tədbirləri  kitabxanamızda  da keçirdik. Fikrət Məşədi Cəmil  oğlu Əmirov 1922-ci il noyabr ayının 22-də Gəncə şəhərində məhşur  tarzən və xanəndə ailəsində anadan olmuşdur. Böyük bəstəkat çağdaş Azərbaycan musiqisinin  parlaq  nümayəndələrindən biridir. O, xalq tərəfindən sevilən, geniş şöhrət qazanmış  musiqi əsərlərinin  müəllifidir. Onun yaratdığı "Sevil " operası ," Min bir gecə" , "Nizami " , " Nəsimi " baletləri, " Gözün aydın ", " Ürəkçalanlar " musiqili komediyaları, " Azərbaycan  kapriççiosu"  və bir çox başqa əsərlər  Azərbaycan musiqisinin  qızıl  fonduna daxil edilmiş sənət inciləridir.        

 Bəstəkar  simfonik muğam janrının yaradıcısıdır." Şur ", " Kürd ovşarı" və " Gülüstan - Bayatı  Şiraz " simfonik muğamlarında o, ilikin mənbəyə  istinad  edərək bu əsərləri özünəməxsus  bəstəkarlıq texnikası və yaradıcı təxəyyülü ilə zənginləşdirmiş , orkestr boyalarının əlvanlığına nail olmuşdur.Fikrət Əmirov  eyni zamanda sabahın musiqiçisidir. Bu gün gənc nəsil də Fikrət müəllimin əsrarəngiz ğözəlliklərlə, qəlb titrəyişləri , nilli harmoniya, vətənpərvərlik və qəhrəmanlıq rəmzləri ilə dolu olan musiqicini sevə- sevə ifa edir və dinlənir. Biz hələ də  ölməz musiqisinin sədasını neçə illər sonra da eşidəçək və şübhəsiz ki, buna sevinəcək , bundan qürur duyacağıq.    

Tədbirdə  4 saylı musiqi məktəbinin müəllimə və şagirdləri, fəal oxucular  iştirak edirdilər.Svetlana Məmmədova , Mədinə  Əliyeva nəzəriyə müəllimələri, Rəna Behbutova fortepiano müəlliməsi, 7 sinif şagirdi Esmiralda Bağırova bəstəkarın " Tokatta'"əsərini, 5 sinif şagirdi Ülkər Mirzəyeva "Aşıq sayağı ", " Layla" əsərlərini fortepianoda  ifa etdilər.

 

86.4 KB

 

101.2 KB